Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli RİHB Alı Alıyev  2 saylı Zobucuq qəsəbəsində növbəti səyyar qəbul-görüşü  keçirib

Zobucuq qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib...

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.  Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 2 saylı Zobucuq qəsəbəsində keçirilib.

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib. Alı Alıyev, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir.

2 saylı Zobucuq qəsəbəsinin ümumi əhalisi 1982 nəfərdi. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1953 nəfərdi onlardan 1905 nəfərə hər ay 114300 manat vahid aylıq müavinət ödənilir, 13 ailə özünüməşğulluq proqramına cəlb olunub. Qəsəbədə 9 şəhid ailəsi, 19 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 448 nəfərə müxtəlif növ  pensiya və müavinət verilir, 312 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar